
Azərbaycan Milli Müqavimət Hərəkatı
Azerbaijan National Resistance Movement

Azərbaycanın doqquz cəsur qadın jurnalisti Fatimə Mövlamlı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Aynur Elgünəş, Aytac Əhmədova, Aysel Umudova, Elnarə Qasımova, Xəyala Ağayeva və Şahnaz Bəylərqızı İlham Əliyevin repressiv rejimi tərəfindən qanunsuz şəkildə həbs olunublar.
Onlar həbsxana şəraitində işgəncələrə, qeyri-insani rəftara, gigiyenadan məhrum edilməyə, yuxusuzluq yolu ilə psixoloji işgəncəyə və cinsi zorakılığa məruz qalırlar. Bu, təkcə fərdi azadlıqların pozulması deyil, həm də demokratiya və söz azadlığına qarşı açıq hücumdur.
📌 Petisiyanın məqsədi – bu jurnalistlərin dərhal və qeyd-şərtsiz azad olunması üçün beynəlxalq təzyiq yaratmaq, Azərbaycan hökumətini insan hüquqlarına hörmət etməyə məcbur etməkdir. Sən nə edə bilərsən?
✅ DƏSTƏKLƏ: Bu cəsur jurnalistlərin azadlığını dəstəklə.
✍️ İMZALA: Petisiyaya imza atmaqla azad mətbuat və insan ləyaqəti uğrunda qlobal səsə qoşul.
📢 PAYLAŞ: Petisiyanı sosial şəbəkələrdə paylaşaraq səsimizi böyüt.
Milli Müqavimət Hərəkatı AXCP sədri Əli Kərimliyə, eləcə də digər müxalifət nümayəndələrinə qarşı həyata keçirilən qanunsuz və əsassız həbsləri qəti şəkildə pisləyir. Bu həbslər siyasi rəqabəti boğmaq, cəmiyyətdə qorxu yaratmaq və müstəqil düşüncəni susdurmaq məqsədi daşıyır. Hakimiyyətin müxalifət üzərinə yönəlmiş ardıcıl təzyiqləri Azərbaycan Respublikasının Konstitusiyasını, ölkənin beynəlxalq öhdəliklərini və fundamental insan hüquqlarını kobud şəkildə pozur.
Biz bəyan edirik ki:
Siyasi baxışlarına görə insanların həbs edilməsi yolverilməzdir.
Əli Kərimliyə və digər saxlanılan müxalifət fəalları barəsindəki ittihamlar şəffaf, ictimai və hüquqi əsaslarla dərhal yenidən qiymətləndirilməlidir.
Repressiyalar ölkənin siyasi sabitliyini deyil, yalnız dərinləşən gərginliyi gücləndirir.
Milli Müqavimət Hərəkatı Azərbaycan hakimiyyətini:
Siyasi motivli həbsləri dərhal dayandırmağa, Bütün saxlanılmış siyasi fəalları azad etməyə, cəmiyyətdə dialoqa, islahatlara və siyasi azadlıqların real təminatına yönəlmiş addımlar atmağa çağırır.
Azərbaycanın gələcəyi zor və repressiya üzərində deyil, azadlıq, ədalət və hüququn aliliyi üzərində qurulmalıdır.
Milli Müqavimət Hərəkatı Yönətim Kurulunun başkanı Teymur Eminbəyli